Eljero Elia: “Messi tanrıdırsa, dünyanı düzəltsin”
“Messi tanrı deyil. Belə düşünmək axmaqlıqdır. O, sadəcə fövqəladə istedada malik bir futbolçudur”.
ONA-nın məlumatına görə, bunu Türkiyənin “Başakşəhər” klubunun futbolçusu Eljero Elia deyib.
32 yaşlı hollandiyalı yarımmüdafiəçi vətənində verdiyi müsahibədə dünyanın iki ən yaxşı oyunçusu Kriştianu Ronaldo və Lionel Messini müqayisə edib. E.Elia sonuncunun Tanrıya bənzədilməsinə də münasibət bildirib: “O nə artıqdır, nə də əskik. Messi insanlıqdan üstün deyil. Lap bizim kimi. Bir futbol heyranı kimi Messini izləməyi sevirəm. Amma onun pərəstişkarı deyiləm. Mən Kriştianu Ronaldo heyranıyam. Messinin meydanda etdikləri daha zərif görünür. Lakin mən Ronaldonun atletikasına üstünlük verirəm. O, çox çalışır, orqanizmini buna hazırlayır və hər gün idman zalında məşq edir. Əgər Messi doğrudan da tanrıdırsa, dünyanı düzəltsin, yaxşılaşdırsın”.
Qeyd edək ki, E.Elia 2017-ci ildən İstanbul klubunda çıxış edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı