Elgizdən Abbasa cavab: "Məsuliyyətsiz yanaşıb"
Xəbər verdiyimiz kimi, əməkdar artist Abbas Bağırov “Səhər-səhər” verilişinə qonaq olarkən qarşılaşdığı halda narazıçılığını bildirib.
Axşam.az-ın məlumatına görə, müğənni anonsun onun demədiyi sözlər əsasında hazırlandığından gileylənmiş və bir daha aparıcı Elgiz Əkbərin verilişinə, eləcə də ARB kanalına getməyəcəyini yazıb.
Elgizin müğənniyə cavabı gecikməyib. O, Abbasın haqlı səbəbdən incidiyini bildirib:
“Abbas Bağırovun narazıçılığını xəbər portallarında gördüm. Abbas Bağırov dəyər verdiyim müğənnidir, ona böyük hörmətim var. Verilişdə də o, hörmətlə qarşılandı. Tamaşaçılar da bu proqramdan razı qalıb. Çünki mənə mesajlar yazırdılar… Anonsu yığan texniki heyətin məsuliyyətsiz yanaşması əsasında Abbas bizdən inciyib. Buna haqqı da var”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nicat Rəhimov: "Obraz tələb edirsə, qadın geyimi də geyinərəm"
"Kızılcık Şerbeti"nin yeni mövsümünün yayım tarixi açıqlandı
Taleh Yüzbəyovun həyat yoldaşı xəstəxanaya yerləşdirildi
18 yaşlı aktrisa dünyasını dəyişdi
Qriqori Lepsin şirkətlərinin vergi borcu açıqlandı
Mikrofonun işləməməyi Mərdana mane olmadı
Murad Arif yayın hiti “Hoqqa”nı təqdim etdi