Elgiz oğurluqda ittiham etdiyi qonşusundan üzr istədi
Aparıcı Elgiz Əkbər oğurluqda ittiham etdiyi qonşusundan üzr istəyib.
Axşam.az xəbər verir ki, aparıcı bağında olan oğurluğa görə qonşusunu polisə verib. O bildirib ki, araşdırmada oğrunun başqası olduğu ortaya çıxıb:
“Üzürxahlıq etmək istəyirəm. Bağımdan oğurluq olmuşdu. Oğru balaca bir yerdən girib, pəncərəni balaca açıq saxlamışdıq. Qonşum boynuna alıb ki, oğruyam. Həmin qonşu ondan əvvəl də həyətimdən oğurluq etmişdi. Hovuzun suyunu açmaq üçün krant almışdım. Zülmlə sifariş etmişəm, tapıb gətiriblər. Keçib həyətimə, onu açıb götürüb və dəmirsatanlara kiloqramla satıb. Necə əsəbiləşdim, amma keçdim. Öyrəndim ki, qonşuların toyuqlarını, soyuducudan yeməklərini aparıb.
Evim də soyulanda polis soruşdu kimdən şübhələnirsən? Dedim, həmin qonşudan. Təsəvvür edin pəncərədən girib, amma çıxa bilməyib. Divarı söküb, mənə nə qədər ziyan vurub. Polis gəldi, axtardı, amma nəticədə başqa adam çıxdı. Mənim evimdən əlavə 15 bağa girib. Hərə öz malını götürdü”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır