Eldar "Sehrli dünya"sını təqdim etdi – VİDEO
Məşhur müğənni Eldar Qasımov və 6 yaşlı Ömər Bəbirli yeni mahnı və klipini təqdim edib.
Minval.info xəbər verir ki, mahnıda Ömər Eldarın uşaqlığının adından oxuyur. Klipdə də bu ideya öz əksini tapıb. Mahnının musiqisi elə Ömərin valideynləri Bəbir və Ülviyyə Bəbirliyə, sözləri isə Nurlana Cəfərovaya məxsusdur.
“Əslində uşaqlıq mənim həyatımın ayrılmaz bir hissəsidir. Çünki, uşaqlarda mən səmimiliyi, paklığı, dürüstlüyü görürəm, hansı ki, indiki dövrdə bunu tapmaq çox çətindir. Amma uşaqlarda bunu görəndə insanın ürəyi açılır. Mən hər zaman imkan daxilində mütləq uşaqlarla təmasda oluram, onlarla ünsiyyət qururam və bundan böyük bir enerji alıram. Bu mahnı Azərbaycan uşaqlarına olan bir töhvədir. Mən istəyirəm ki, bizdə uşaqlar üçün daha çox mahnılar yaransın, çünki uşaqlar cəmiyyətin elə bir hissəsidir ki, onlar hər şeyi gözəl, yaxşı görməlidirlər. Belə olan halda onlar həyata sevgi ilə böyüyəcəklər. Bu çox vacibdir. Klipə gəldikdə isə orada sadəcə mən və Ömər var. Ömər mənim uşaqlığımı, mən isə onun gələcəyini xatırladıram. Belə bir ruh mübadiləsini göstərməyə çalışmışıq”- deyə Eldar bildirib.
Klip HAK mediaproduction tərəfindən hazırlanıb. Rejissor Könül Əlizadə, operator Orxan Qurbanov, montaj rejissoru isə Elnur Ehtiramoğludur.
https://www.youtube.com/watch?v=-0HPk5i5dJ8&feature=emb_title
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!