"Elə şey baş verir ki, həyatının mənasını itirirsən" - Oksana
“Hər bir insanın həyatında o qədər şeylər baş verə bilər ki… Heç özüdə bilmədən həm həyatının mənasını, həm özünü itirər… Əgər insanın doğrudan da səhvi varsa, onu yalnız valideyinləri qınaya bilər, başqa heç kim!”.
Axşam.az xəbər verir ki, bu sözləri rəqqasə Oksana Rəsulova sosial şəbəkədə yazıb. Sənətçi sosial şəbəkə izləyicilərinə müraciət edərək, yazılan təhqirlər, böhtanlardan bəhs edib:
“İnsana böhtan atılır, onun haqqında nahaq sözlər danışılır, araşdırmadan qınanılır… O insanı heç düşünməyin, özünüzü düşünün və bilin ki, həyat “bumeranqdır”. Hər bir ağızdan çıxan söz sizə əks təsir edə bilər. Ona görə də hər bir kəlməni deyib və ya yazandan qabaq düşünün, sonra yazın və ya deyin.
Həqiqəti tam bilmirsinizsə, susmağı tərcih edin. Ən azından dediyim kimi, özünüzü və yaxınlarınızı düşünün, hər an dəyişiklik ola bilər, siz kiminsə vəziyyətinə düşə bilərsiniz. Son iki gündür Roza Zərgərlinin ailəsi haqqında bəzi xoşaqəlməz və yalan məlumatlar oxuyub, təkrar o insanlara bunu xatırlatmaq istəyirəm ki, günahdır! Ayıbdır! Etməyin!”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nicat Rəhimov: "Obraz tələb edirsə, qadın geyimi də geyinərəm"
"Kızılcık Şerbeti"nin yeni mövsümünün yayım tarixi açıqlandı
Taleh Yüzbəyovun həyat yoldaşı xəstəxanaya yerləşdirildi
18 yaşlı aktrisa dünyasını dəyişdi
Qriqori Lepsin şirkətlərinin vergi borcu açıqlandı
Mikrofonun işləməməyi Mərdana mane olmadı
Murad Arif yayın hiti “Hoqqa”nı təqdim etdi