Ekspres avtobuslar bir gündə rekord vurdu
16 sentyabr tarixində ekspres avtobuslarla 127 mindən çox sərnişin daşınıb. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Sərnişindaşımanın fasiləsiz təşkili istiqamətində tədbirlər davam etdirilir və böyük sərnişin axınına baxmayaraq, avtobuslar fasiləsiz xidmət göstərir.
Minval.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə nəqliyyat mübadilə mərkəzlərinin nizamlı fəaliyyəti təmin olunur. Metro xətlərinin ayrılması layihəsi çərçivəsində AYNA tərəfindən təşkil edilən ekspres avtobuslarla 16 sentyabr tarixində 127 mindən çox sərnişin daşınıb. Təkcə “28 May” Nəqliyyat Mübadilə Mərkəzindən 200 mindən çox sərnişin istifadə edib.
AYNA sərnişinlərə müraciət edərək, avtobusu gözləyərkən avtomobil yolunda deyil, səkidə dayanmağı tövsiyə edir. Bu, avtobusların dayanacağa maneəsiz və təhlükəsiz yaxınlaşması üçün vacibdir. Eyni zamanda, avtobuslara minərkən növbəyə riayət etmək daha sürətli girişə və avtobusun daha tez yola düşməsinə imkan yaradır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milli Qəhrəman Ehtiram Əliyevin səhhəti ağırlaşıb
Hacı Qalib indi də Bilgəhdə ümumi istifadədə olan yolu bağlayıb - Fotolar
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək
Dağlıq ərazilərə qar yağır
Xınalıqda qarın hündürlüyü 15 santimetrə çatıb