Əhmədli qəsəbəsində ərzaq köşkündə yanğın hadisəsi
Bakı şəhərinin Xətai rayonunda, Əhmədli qəsəbəsində yerləşən ərzaq satışı köşkündə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumat əsasında hadisə yerinə dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.
Minval.info xəbər verir ki, yanğınsöndürənlər hadisə yerində operativ şəkildə müdaxilə edərək, yanğının genişlənməsinə imkan vermədən qısa müddətdə onu söndürməyi bacarıblar. Yanğın nəticəsində köşkün 20 kvadratmetrlik sahəsində yataq dəsti qismən yanıb.
Yanğın yerinin kəşfiyyatı zamanı 1968-ci il təvəllüdlü Əliyev Ağayar Xanhüseyn oğlunun meyiti aşkar edilib. Hadisə yerində müvafiq qurumlar tərəfindən araşdırma işləri davam etdirilir.
ƏLAQƏLİ
SOCAR-ın Qaz Emalı Zavodunda genişmiqyaslı yanğın-taktiki təlim keçirildi
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
SOCAR-ın Qaz Emalı Zavodunda genişmiqyaslı yanğın-taktiki təlim keçirildi
Flydubai təyyarəsində kopilot kapitanı balta ilə hücuma məruz qoyub
Flydubai təyyarəsində terror cəhdi: ikinci pilot baltayla hücum etdi
Flydubai təyyarəsində kopilotun hücum cəhdi: İstintaq davam edir
Bakıda dəhşətli hadisə: oğul anasını yandırdı
Xırdalanda avtobus palçıqlı yolda hərəkət edə bilmədi
Masazırda yağış suları yolları bürüyüb