Efirə gəlib, atasından şikayət etdi - Dava düşdü - VİDEO
ARB TV-nin “Sirdaş Rövşanə” proqramının növbəti verilişində də daha bir qalmaqallı ailə müzakirə olunub.
Minval.İnfo xəbər verir ki, budəfəki şikayətçi 18 yaşlı Bəşir olub. O, anasından boşandığı üçün atasından şikayətçi olub. Atası barədə sərt ittihamlar edən Bəşir bildirib ki, ona bağışlanan mağazanı bibisi əlindən alıb. O, bilmək istəyib ki, nəyə görə atası mağazanı bibisinin adına alıb.
Studiyadakı ekspertlər isə Bəşirin anasının boşandıqdan sonra yenidən evlənməsini kəskin şəkildə qınayıblar. Bu səbəbdən də aparıcı Rövşanə ilə ekspert qismində əyləşən hüquqşünaş Tahir Əlirzayev arasında mübahisə düşüb. Aparıcı fiziki məhdudiyyətli Bəşirin üstünə gedilməsini və qadınlar haqqında bu cür ittihamı kəskin şəkildə pisləyib.
Ekspert Tahir Əlirzayev isə bu söhbətdən sonra studiyanı tərk edib:
“Atan sənə 18 yaşına kimi aliment verib, evini bölüb sizə verib. Bir ata daha nə etsin? Ana boşanmayaydı. Dərhal sonra da ərə gedib və bölünmüş evə yeni yoldaşını da gətirib. Anan ərə gedib, gedin yaşayın. Biz isti yuvasından çıxan qadın da görmüşük. Siz mövqe bildirməyin, aparıcısınız. Bizi bura niyə çağırmısınız? Qadınlar sevgidən də, evdən də qaçır. Qaçır alimentə”.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nicat Rəhimov: "Obraz tələb edirsə, qadın geyimi də geyinərəm"
"Kızılcık Şerbeti"nin yeni mövsümünün yayım tarixi açıqlandı
Taleh Yüzbəyovun həyat yoldaşı xəstəxanaya yerləşdirildi
18 yaşlı aktrisa dünyasını dəyişdi
Qriqori Lepsin şirkətlərinin vergi borcu açıqlandı
Mikrofonun işləməməyi Mərdana mane olmadı
Murad Arif yayın hiti “Hoqqa”nı təqdim etdi