Efirə yarıçılpaq geyimlə çıxan Könül tənqidlərə cavab verdi: "Hamısına gülüb keçirəm"
Son vaxtlar açıq-saçıq geyimləri ilə gündəm olan tanınmış aparıcı Könül Yusifqızı onu təhqir edən insanlara səslənib.
Aparıcı belə insanların qanun qarşısında cavab verəcəyini bildirib:
“Fotolarımı paylaşıb, müzakirə edirlər. Çox şeylər yazırlar. Bəziləri kompliment edir, bəziləri söyür, bəziləri də irad bildirir. Hamısına gülüb keçirəm. Düşünürəm ki, işi-gücü olan insan bütün günü sosial şəbəkədə oturub onu-bunu söyməz. Mən tənqidə normal yanaşıram, amma təhqirlə tənqid fərqli anlayışlardır. Bir dəfə belə bir xoşagəlməz hadisə ilə rastlaşdım. Tanımadığım bir şəxs mənə qarşı təhqiramiz ifadələr işlətdi. Qanunlarımız yaxşı işləyir. O insanı polisə verdim, hüquq mühafizə orqanları tərəfindən cəzasını aldı. Gəlib məndən üzr də istədi. Heç kəsə ixtiyar verilməyib ki, kimisə təhqir etsin. Edəcəksə, cavabını qanun qarşısında verəcək”. Yenicag.az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
