Efirə içkili çıxması xəbərindən danışdı

Türkiyənin məşhur müğənnisi Bülent Ersoy aparıcısı olduğu “Benzemez kimse bize” verilişində yayıma içkili vəziyyətdə çıxması iddia olunub.
“MİNVAL.İNFO” Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, bununla bağlı açıqlama verərək yazılanların həqiqətə uyğun olmadığını bildirib. Sənətçi bunu həyəcanlı olması ilə əlaqələndirib:
“Bir qurtum bir şey içmədim. Olsa, deyərəm. Sadəcə həyəcan”.
Proqramın digər aparıcısı Mustafa Keser və qonaq müğənni Yıldız Tilbe də Bülent Ersoyun içkili olmadığını deyiblər.
“Çox həyəcanlı olduğunuzu bilirik. Həyəcandan olduğunu bilirik”, – Tilbe deyib.
Keser isə “Proqramı açarkən əlləri həyəcandan titrəyirdi” deyə əlavə edib.
Qeyd edək ki, Y. Tilbenin qonaq olduğu verilişdə mikrofonu açıq qalan Bülent Ersoyun “Son proqram qovulduq” dediyi eşidilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır