DYP: Postlarda problem sərnişinlərlə bağlıdır
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) taksi fəaliyyəti ilə məşğul olan şəxslərdən postlarda əlavə arayışın tələb edilməsi ilə bağlı məlumatlara münasibət bildirib.
BDYPİ-in şöbə rəisi Kamran Əliyev “Report”un sorğusuna cavab olaraq bildirib ki, taksidə olan sərnişinlərin icazə sənədi olmayanlar postlardan geri qaytarılır:
“Postlarda problemlər sərnişinlərlə bağlıdır. Rayondan gələn taksi fəaliyyəti ilə məşğul olan şəxslərin paytaxtda fəaliyyət göstərməsinə ixtiyarı yoxdur. Bakı üçün ayrıca fərqlənmə nişanı olan nəqliyyat vasitələrinə Bakı Nəqliyyat Agentliyi tərəfindən icazə verilir. Onlar da şəhər daxilində hərəkət edə bilirlər. Amma digər taksilər, yəni rayonlarda fəaliyyətinə icazə verilən taksilər yalnız xəstə olan adamları, dəfn mərasiminə gələn adamları bura gətirirlər. Digər hallarda taksi sürücüləri çalşırlar ki, müxtəlif yollarla icazəsi olmayan adamları daşısınlar”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Media və Yayım Şurası və Səhiyyə Nazirliyi birgə açıqlama yayıb
VACİBİlham Əliyevin Pezeşkianla görüşü keçirildi
Hərbi vəzifəlilərin nəzərinə: qaydalar dəyişdi
Azərbaycanda son 10 ilin ən isti yay fəsli yaşanıb
Cəbrayıla köçən sakinlərin məşğulluğu təmin edilir
Bu il neçə uşaq himayədar ailəyə və övladlığa verilib?
VACİBPrezident YAP-ın VIII Qurultayında - FOTO