"Düşmənin arxa postlarına keçib onları məhv etdik" - Kəşfiyyatçı qazi (VİDEO)
Üç gün ərzində elə bir döyüş yolu keçiblər ki, eşidənlər üçün dastana çevrilib.
Minval.info xəbər verir ki, söhbət Murovdağ yüksəlikləri uğrunda qəhrəmancasına döyüşmüş və filmlərə mövzu ola biləcək əməliyyatları icra edən qazimiz, Şəkinin Böyük Dəhnə kəndindən olan leytenant Qurbanəli İsmayılov və onun iki döyüş yoldaşından gedir.
Heydər Əliyev adına Ali Hərbi Məktəbi ötən il kəşfiyyat ixtisası üzrə bitirən Qurbanəli İsmayılov bildirir ki, sentyabrın 27-də başlayan hücum zamanı o, bölük komandiri, baş leytenant Qənbər Qənbərli və Zamiq Qarayev adlı əsgərlə döyüş meydanında mühasirəyə düşüblər. Ancaq şücaət göstərərək düşmən postuna yaxınlaşıblar və həmin yerin koordinatını artilleriya bölməsinə ötürüblər ki, özləri şəhid olsalar da, həmin yer məhv edilsin.
Qəhrəman döyüşçü “Kəlbəcərin Azad Olunmasına görə” və “Hərbi Xidmətlərə görə” medalları ilə təltif olunub.
https://youtu.be/EkZNStRzPr0
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan müdafiə və təhlükəsizlik xərclərini daha da artırır
Bakıda gecə klubunda biabırçılıq - Qız çılpaq rəqs etdi (18+ VİDEO)
MN: "Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub"
İran ətrafında gərginlik Azərbaycan üçün də riskə çevrilir