Dünyanın ən varlı qadın müğənnisi seçildi
Amerikalı müğənni-aktrisa Rihanna musiqi dünyasının ən varlı qadın müğənnisi seçilib.
Bu barədə “Forbes”in açıqladığı siyahıda deyilir. Rihanna 600 milyon dollar gəlirlə Madonnanı qabaqlayaraq birinci olub. İkinci yerdə Madonna (570 mln dollar), üçüncü yerdə Selin Dion (450 milyon dollar), dördüncü yerdə isə Beyonsun (400 milyon dollar) adı yer alıb.
Qeyd edək ki, Rihannanın əsas gəliri LVMH şirkəti ilə əməkdaşlıqdan qazandığı pullardır. Bundan başqa, ifaçının “Fenty Beauty” kosmetika brendi var. Məhz bu brendin məhsullarının satışından Rihanna 100 milyon dollar qazanıb. Rihanna Instagram reklamlarından ilə 71 milyon dollar gəlir əldə edib.
Bundan əlavə, müğənni TechStyle Fashion Group şirkəti ilə birgə Savage X Fent brendi altında tanınan alt paltarı istehsal xəttinə malikdir. (Oxu.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır