Dünyanın ən varlı insanlarından biri "Gənclik Mall"da (FOTO)
Birləşmiş Ərəb Əmirliklərinin baş naziri və dövlət başçısının köməkçisi və Dubayın mütləq hökmdarı Məhəmməd ibn Rəşid əl-Məktum Bakıda görüntülənib.
BAKU.WS xəbər verir ki, Rəşid əl-Məktum ətrafındakı yaxınları ilə “Gənclik Mall”da alış-veriş edib.
Bakıda səfərdə olan əl-Məktum və yaxınları rayonlarda ov etməyi də xoşlayır. Şeyx bir müddət öncə də Azərbaycana səfər etmiş, rayonlardan birində yaxınları ilə ov etmişdi.
Qeyd edək ki, Məhəmməd ibn Rəşid əl-Məktumun 39 milyard dolları, 21 övladı, rəsmi nikahda 2 həyat yoldaşı, nadir cins atları, ən nəhayət, dünyanın ən gözəl şəhəri var. Böyük qardaşından təhvil aldığı hakimiyyəti idarə edir. Qonşu krallıqlarla qohum olmaqla dayaqlarını daha da möhkəmləndirir. “Forbes” onu dünyanın güclü monarxlarından sayır.





Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Meksikada “Z nəsli”etirazları böyüyür
Leyla Əliyeva 2 oğlu şəhid olan ananı ziyarət etdi - FOTOLAR
“Görünməyənin ardında” adlı fərdi foto sərgi açılacaq
Miri Yusifdən konsert öncəsi yeni – Fotolar
Nura bu dəfə kənd qızı oldu - FOTOLAR-VİDEO
İş başında ölən zavod işçilərinin FOTOSU
Renkadan yeni FOTOLAR