Dünyanın ən qorxunc həbsxanası: İnsan əti yeyən məhkum və… – Fotolar
Rusiyanın Qazaxıstanla sərhəddində yerləşən Black Dolphin” (Qara delfin) həbsxana haqqında eşidən hər kəs qorxur. Bu həbsxanadakı məhkumlar ölkənin ən dəhşətli cinayətini törətmiş insanlardır.
Minval.info Publika.az-a istinadən xəbər verir ki, həbsxana adamyeyənlər, dəfələrlə cinayət törətmiş şəxslər və terrorçularla doludur. Təxminən buradakı cinayətkarlar 3500 nəfərin ölümünə görə məsuliyyət daşıyır.

Həbsxanada ümumilikdə 700 cinayətkar saxlanılır. Onlardan biri 1973-cü il təvəllüdlü Vladimir Nikolayevdir. O, bir vaxtlar Rusiya hökümətində təmsil olunan millət vəkili olub. Məşhur rus mafiyasına daxil olduğu bildirilən Nikolayev həmçinin bələdiyyə sədri vəzifəsində çalışmış bir iş adamı idi. Bir müddət sonra onun adamyeyən olduğu müəyyən edildi.

Nikolayev insan ətinin dadına o qədər öyrənib ki, saxlanıldığı həbsxana gözətçilərini belə yemək kimi görür və baxışları ilə hər kəsi qorxudur. Məlumata görə, o, hətta həbsxanadakı ilk günlərində yemək gətirənlərə “mənə insan əti gətirin axmaqlar”, -deyə gözətçiləri təhqir edib. Həbsxanada təhlükəsizlik o qədər yüksək səviyyədədir ki, məhkumların sayından daha çox gözətçi var.

Qeyd edək ki, həbsxananın “Black Dolphin” (Qara delfin) adı binanın girişində məhkumlar tərəfindən hazırlanan qara delfin heykəlindən götürülüb.



Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
50 milyon siçan Tehranı işğal etdi: insan və pişiklərdən qorxmurlar!
Ukrayna Təhlükəsizlik Xidməti Kadırovu axtarışa verdi
"Mədə kiçiltmə əməliyyatı etdirdiyim üçün çox peşmanam"
Aİ dondurulmuş Rusiya pullarını Kiyevə verməyi müzakirə edəcək
Dünyanın ən ağıllı iti öldü: 1000-dən çox söz bilirdi…
Xamneyi müsəlmanları ABŞ-a qarşı birləşməyə çağırıb