Dünyaca məşhur "YouTube" ulduzu MrBeast evləndi
Dünyanın ən məşhur “YouTube” məzmun yaradıcılarından olan MrBeast sevgilisi Teya Boysen ilə ailə həyatı qurub.
Minval.info xəbər verir ki, bloger bu barədə “Instagram” hesabında toy mərasimindən fotolar paylaşaraq məlumat verib.
Yayılan görüntülərdə bəy ağ pencək, qara şalvar və kəpənək qalstukda, gəlin isə klassik gəlinlikdə əks olunub.
Məlumata görə, toy mərasimi britaniyalı milyarder Riçard Brensona məxsus şəxsi Neker adasında keçirilib. Mərasimə təxminən 70 nəfər dəvət olunub.
Qeyd edək ki, Teya Boysen Cənubi Afrikadan olan strimer, yazıçı və neyropsixologiya üzrə mütəxəssisdir. O, “Twitch” platformasında “TheaBeasty” adı ilə yayımlar aparır və “Instagram” hesabının 1,3 milyondan çox izləyicisi var.
Cütlük 2022-ci ildə Cənubi Afrikada tanış olub. Onların ilk görüşü ortaq dostlarının təşkil etdiyi şam yeməyi zamanı baş tutub.
Bildirilir ki, MrBeast şəxsi gəlirlərinin böyük hissəsini özünün təsis etdiyi “Beast Industries” şirkətinin inkişafına yatırır. Şirkət onun “YouTube” kanallarını, kontent istehsalını və digər layihələrini idarə edir.
Məlumata əsasən, təkcə 2024-cü ildə “Beast Industries” videoların hazırlanmasına təxminən 250 milyon dollar xərcləyib. Proqnozlara görə, şirkətin gəlirləri 2025-ci ildə 899 milyon dollara yaxınlaşa, ümumi dəyəri isə 5 milyard dollara çata bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!