“Saxta mal satmaqla 2 nəfəri öldürən, 1 nəfəri kor edən ictimai iaşə sahibi məsuliyyət daşıyır”

Bakıda texniki spirtdən hazırlanması təxmin edilən  viskidən 3 nəfər zəhərlənib. Onlardan 2 nəfəri ölüb, 1 nəfər isə kor olub. Nərimanov Rayon Prokurorluğu ölümcül zəhərlənmə ilə bağlı araşdırmalara başlayıb. Zərərçəkənlər arasında Nərimanov rayonu 18-ci polis bölməsinin cinayət axtarış şöbəsinin müdiri, 32 yaşlı Sərxan Niyazi oğlu Bayramov da var. Polis dekabrın 23-də Klinik Tibbi Mərkəzdə vəfat edib. İlkin araşdırma zamanı məlum olub ki, dekabrın 21-də axşam saatlarında müstəntiq və dostları Koroğlu Rəhimov küçəsində yerləşən restoranda spirtli içki içiblər. Sonra onlar Tbilisi prospektində yerləşən başqa bir iaşə müəssisəsinə gediblər. Burada S.Bayramov və dostu Cəlal Ələmdar oğlu Həmzəyev özlərini pis hiss ediblər və “zəhərlənmə” diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər: Sərxan Bayramov Kliniki Tibbi Mərkəzə, Cəlal Həmzəyev isə 3 saylı şəhər klinik xəstəxanasına.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi məlumatına görə, Cinayət Məcəlləsinin 314.2-ci (İnsan ölümü ilə nəticələnən ehtiyatsızlıq) maddəsi ilə cinayət işi başlanıb. Son məlumata görə, Həmzəyevin vəziyyəti ağırdır, hər 2 gözü kor olub. Əldə edilən məlumatlara görə, dostlar viski içiblər.

“Bundan əvvəl də Azərbaycandan Gürcüstana çoxlu miqdarda ucuz viski daşınması faktları ortaya çıxıb. Hər kəs yüksək keyfiyyətli viskinin baha olduğunu, ucuz alkoqolun adətən gizli sexlərdə istehsal olunduğunu bilir”, – oxu.az-a polisdən verilən açıqlamada bildirilir.

saxta spirtli içki ile ilgili görsel sonucu

Dekabrın 24-də axşam saatlarında texniki spirtdən zəhərləndiyi iddia edilən başqa bir şəxsin cəsədi Səbayel rayonu ərazisindəki “morq”a çatdırılıb. Meyitin 1995-ci il təvəllüdlü Mustafa Teymur oğlu Mustafayevə məxsus olduğu ortaya çıxıb. M.Mustafayevin vəziyyəti Səbayel rayonundakı restorana baş çəkdikdən sonra pisləşib. O, Toksikoloji Mərkəzə aparılıb və bir müddət sonra orada ölüb.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Yeni Müsavat”a deyib ki, Azərbaycanda saxta spirtli içki bazarı mövcuddur: “Bu bazarla Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsindən savayı effektiv mübarizə aparan qurum yoxdur. Bu gün ölkənin əmtəə bazarında, müxtəlif brendlər altında külli miqdarda saxta içkilər satırlar. Təəssüflər olsun ki, bunun qarşısının alınması üçün görülən işlərə ictimai dəstək yox səviyyəsindədir. Spirtli içkilər bazarı Azərbaycanda ən çox çirklənmiş seqmentdir. Ən təhlükəli spirtli içkilər Azərbaycanda satılır. İnsanları hətta kor edən içkilərin tərkibində təhlükəli sinüs yağları var və problem bundan qaynaqlanır. Təəssüflər olsun ki, belə içkilərin satışı, istehsalı ilə məşğul olan şəxsləri haqlı, istehlakçıları isə haqsız çıxarırlar”.

Əlbəttə ki, saxta malları istehsal edənlə yanaşı, onu götürüb satan market, restoran da məsuliyyət daşıyır. Əksər hallarda saxta mallar ölkəyə xaricdən gətirilmir. Çünki onu sərhəddən keçirə bilmir. Adətən saxta spirtli içkilər Azərbaycan ərazisində zirzəmilərdə hazırlanır.

Ən azı market və restoranlar həmin malın saxta olduğunu bilirlər.

Eyyub Hüseynov deyir ki, ölkəyə gətirilən bütün ərzaq malları analiz edilməlidir: “Azərbaycana gətirilən və standartlara uyğun olmayan mallar müəyyən partiyalarla olur. Dünyada satılan malların təcrübəsində ilk öncə yüksək keyfiyyətli və standartlara uyğun mallar gətirilir. Bundan sonra isə həmin marka altında ölkəyə standartlardan kənar saxta mallar gətirilir. Bir sözlə, bütün malların analizinin həyata keçirilməsi çox müsbət hal olardı. Hər hansı bir saxta və ya keyfiyyətsiz malın müxtəlif yollarla ölkəyə gətirilməsi ilə məşğul olan qruplar mövcuddur. Azərbaycanda da belə hallar mümkündür”.

Dükan-bazarları bürüyən saxta mallar ile ilgili görsel sonucu

Müəllif yazır ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə əsasən gömrük sərhədindən keçirilən bütün mallara gömrük nəzarətini həyata keçirmək, onların keçirilməsi qaydalarına riayət olunmasını təmin etmək, gömrük hüquqpozmalarının qarşısını almaq, iqtisadi təhlükəsizliyi, gətirilən mallar ilə əlaqədar Azərbaycan istehlakçılarının mənafeyini müdafiə etmək, həmçinin insanların həyat və sağlamlığını qorumaq Azərbaycan Respublikasının gömrük orqanlarının əsas vəzifələrinə aid edilib. Bu vəzifələrin yerinə yetirilməsi üzrə gömrük orqanları tərəfindən görülmüş tədbirlər nəticəsində dəfələrlə respublika ərazisinə keyfiyyətsiz məhsulların idxal olunmasının qarşısı alınıb, insanların həyat və sağlamlığının qorunması üçün zəruri tədbirlər görülərək bu kimi məhsullar məhv edilir. Belə malların məhv edilməsi saxta və ya keyfiyyətsiz malların ölkəmizin ərazisinə gətirilməsinin qarşısını almadığından, həmçinin mövcud qanunvericilik aktlarında, belə bir əməli törətmiş şəxslərə qarşı heç bir məsuliyyət tədbiri nəzərdə tutulmadığından əksər hallarda, həmin şəxslər qanunvericilikdə olan çatışmazlıqlar nəticəsində məsuliyyətdən yaxa qurtarırdılar. Belə ki, qüvvədə olan İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsinə əsasən “İstehlakçıların huquqlarının pozulması”na dair inzibati məsuliyyət tədbirləri nəzərdə tutulub. Lakin həmin maddə üzrə hüquqpozma faktının qeydə alınması üçün normativ sənədlərin tələblərinə cavab verməyən mallar respublika ərazisində istehsal olunmalı, satılmalı və yaxud bu sahədə xidmətlər göstərilməlidir. Şərh olunan mövcud halda isə yəni normativ sənədlərin tələblərinə cavab verməyən mallar respublika ərazisinə hələ daxil olmadığını nəzərə alaraq, bu maddə ilə hüquqpozma faktının qeydə alınması qeyri-mümkün hesab edilirdi. Eyni zamanda İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsinin sankisyasının yalnız xüsusi subyektlər olan vəzifəli və hüquqi şəxslər üçün nəzərdə tutulduğu və burada fiziki şəxslər barədə inzibati məsuliyyətin nəzərə alınmadığı müəyyən edilmişdir, halbuki təcrübədə çox vaxt keyfiyyətsiz məhsulların məhz fiziki şəxslər tərəfindən idxalına təsadüf edilir.

Qeyd olunanların nəticəsi olaraq, 2009-cu il 26 may tarixində “Saxta və ya keyfiyyətsiz malların idxal edilməsinə, habelə gömrük qaydaları əleyhinə olan inzibati xətalara görə məsuliyyətin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavə və və dəyişikliklərin edilməsi haqqında” Azərbaycan Respublikasının 822-IIID nömrəli Qanunu qəbul olunmuş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə yeni 228-1-ci – “Saxta və ya keyfiyyətsiz malların idxal edilməsi” maddəsi əlavə olunaraq gömrük qaydaları əleyhinə olan inzibati xətalara görə məsuliyyət tədbirləri gücləndirilib.

Yeni qəbul olunmuş qanuna əsasən, artıq saxta və ya keyfiyyətsiz malların idxal edilməsinə görə saxta və keyfiyyətsiz mallar müsadirə edilməklə və ya edilməməklə, fiziki şəxslər yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan üç min manatadək, hüquqi şəxslər üç min manatdan on min manatadək cərimə edilir. Həmçinin gömrük qaydaları əleyhinə olan inzibati xətalara görə müəyyən maddələrin sanksiyalarındakı cərimə məbləğləri artırılaraq mövcud şəraitə uyğunlaşdırılmışdır.