"Düdelanj" "Qarabağ"dan belə üzr istədi – FOTO
“Düdelanj” klubu bu həftə Avroliqanın matçında “Qarabağ”la oyunda baş verən erməni təxribatına görə Azərbaycan klubundan rəsmən üzr istəyib.
Klub rəsmi “Twitter” hesabı vasitəsilə yayımladığı açıqlamada təxribatla heç bir əlaqələri olmadığını bildirib:
“Azərbaycandan gələn qonaqlardan üzr istəyirik. Bizim bu təxribatla heç bir əlaqəmiz yoxdur. Məsələni araşdıracağıq”.
Xatırladaq ki, oyunun birinci hissəsində dronla meydanın mərkəzinə qondarma “Dağlıq Qarabağ Respublikası”nın “bayrağı”nın endirilməsinə cəhd edilib. Amma “Qarabağ”ın futbolçuları bunun qarşısını ala biliblər. Təxribat səbəbindən hakim görüşü 20 dəqiqə müddətində dayandırmalı olub.
Qeyd edək ki, daha öncə Lüksemburqun idman naziri də Azərbaycan tərəfdən üzr istəyib.(qol.az)

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı