DTX tərəfindən saxlanılan icra başçısının sərvətinin siyahısı
Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti hazırda İmişli rayon İcra Hakimiyyəti binasında əməliyyat keçirir.
DTX-nın keçirdiyi əməliyyatda icra başçısı Vilyam Hacıyev və daha bir neçə şəxsin saxlandığı bildirilir.
Qeyd edək ki, V.Hacıyev vaxtaşırı olaraq medianın və blogerlərin gündəminə gəlib. Onun ən sərt tənqidçisi isə qohumu, Müasir müsavat partiyasının sədri Hafiz Hacıyevdir.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Xüsusilə V.Hacıyevin kirayədə qaldığı barədə ötən il məlumat yayıldıqdan sonra onun sərvəti haqda mediada məlumatlar tirajlandı.
İcra başçısının Bakıda, Qazaxıstanda, Gəncədə və Dubayda böyük biznesi olduğu da qeyd edilmişdi.
V.hacıyevə aid olduğu iddia edilən və bir neçə dəfə mediada yayılan mülkləri bir daha təqdim edirik:
* Bakıda, Həsən Əliyev küçəsində villa
* “Sahil” metrostansiyası üzərindəki çoxmərtəbəli binada 5 otaqlı mənzil
* Nərimanov rayonu, S.Rəhman küç. ev 45 ünvanında mənzil
* Teymur Əliyev küç. “Milyonçular məhəlləsi”ndə qiyməti 25 milyon manat civarında olan villa
* İmişli rayonunda, H.Əliyev küç. ev 126 ünvanında mənzil
* Gəncə şəhəri, Yeni Gəncə küç. ev 53 ünvanında mənzil
ƏLAQƏLİ
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
* Dubayda biznesi
* Qazaxıstanda tikinti biznesi
* 10 PP 369 dövlət nömrə nişanlı “Bentli”
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
* 10 PP 369 nömrə nişanlı “Lənd Rover”
* 90 AA 369 dövlət nömrə nişanlı “Mersedes S Klass”
* Son model “Mersedes Gelandevagen”.
V.Hacıyevin İmişli, Daşkəsən, Gəncə, Göygöl rayonu və Bakıda müxtəlif ticarət obyektləri, torpaq sahələri, şadlıq evləri, mülkləri olduğu da iddia edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda