Drek "Bakı bağışlamır"ı təqdim etdi
Azərbaycanlı müğənni Şamxal Novruzov (Drek) hip-hop janrında yazılan “Bakı bağışlamır” adlı yeni trekini təqdim edib.
Minval.info xəbər verir ki, ərsəyə gələn işdən söz açan Drek kiçik bir əyalətdən böyük bir şəhərə gələn və böyük şəhərin burulğanında batan bir adamdan bəhs etdiyini bildirib:
“Burada hekayənin qəhrəmanı narkotik və digər təhlükəli maddələrin istifadəsindən əziyyət çəkir və zaman keçdikcə qəhrəman faciəli bir sona yaxınlaşır. Mahnının adı “Bakı bağışlamır”dır, yəni Bakı bu böyük şəhərin girdabına düşənləri heç vaxt bağışlamır.
Bundan əlavə, indiki dövrdə Azərbaycanda təhlükəli maddələrin istifadəsinə qarşı böyük etiraz dalğası artmaqdadır. “Bakı bağışlamır”bu mövzuda ən yaxşılardan biridir”.
Qeyd edək ki, Drek “Synaps Records”un qurucularından biridir. 2003 -cü ildən fəaliyyət göstərir, eyni zamanda səs rejissoru kimi işləyir. Bu günə qədər 2 albom və 12 sinql çıxarıb.
https://www.youtube.com/watch?v=RGwoi8O9bAM
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!