Döyüşlərdəki şücaətinə görə vaxtından əvvəl kapitan rütbəsi alan şəhid - Video
İkinci Vətən müharibəsinin qəhrəman şəhidlərindən biri də Elman Babaxanovdur.
Minval.info xəbər verir ki, “Xezerxeber”in Elman Babaxanovla bağlı hazırladığı süjetdə bildirilir ki, o, döyüşlərdə düşmənə ağır zərbələr vurub və bir sıra ərazilərin azad olunasında birbaşa iştirak edib.
Cəmşid Naxçıvaniski adına Hərbi Liseydə təhsilini başa vurduqdan sonra Naxçıvana təyinat alan Elman orduda baş leytenant rütbəsində xidmət edib. İkinci Vətən müharibəsi başlayan zaman isə o, Xüsusi Təyinatlı Qüvvələrin tərkibində döyüşlərə qatılıb.
Həyat yoldaşı Züleyxa Babaxanovanın sözlərinə görə, Elman Cəbrayıl, Füzuli, Zəngilan və Xocavənd rayonlarının işğaldan azad olunması məqsədi ilə aparılan döyüşlərində iştirak edib.
Qeyd olunan ərazilərə ilk daxil olan döyüçülərdən olub. Düşmənin bir neçə hərbiçisini məhv edib.
Elman Babaxanov 9 noyabr tarixində Xocavənd rayonunun adsız yüksəkliklərinin birinin azad olunması döyüşündə düşmənin snayper gülləsindən başından yaralanaraq şəhid olub. O, öz komandirinin qucağında gözlərini əbədi olaraq yumub. Həyat yoldaşı bildirir ki, şəhid olmamışdan bir neçə gün əvvəl döyüşlərdə göstərdiyi şücaətinə görə Elmana vaxtından əvvəl kapitan rütbəsi verilib.
Şəhidimizin anası Validə xala isə deyir ki, Elman döyüşlərə getməsini ondan gizlədib.
Dostluqları hərbi akademiyadan başlayan, özü də ikinci Qarabağ müharibəsinin iştirakçısı olan Qadir Musayev isə qeyd edir ki, Elmanın hər zaman arzusu işğal altında olan torpaqların düşmən tapdağından azad olunması uğrunda döyüşlərdə iştirak etmək olub. Arzulayıb və məqsədinə də çatıb.
İndi şəhidimizdən 2 yaşında qızı bizə əmanət qalıb. Elman yaşasayıdı, dekabrın 17-də 27 yaşını qeyd edəcəkdi.
Elman Babaxanov İkinci Fəxri xiyabanda dəfn olunub.
https://youtu.be/dx-7KUwZ7SI
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ukrayna Almaniyadan dəstək istəyib: "Müasir silahlar lazımdır" - FOTO
Fahişəxanada yaxalanan məşhur hakimdən şok açıqlama - FOTOLAR
İntihar edən təşkilat sədri ilə bağlı AÇIQLAMA
Türkiyədə təhsil almağın ən ucuz, sərfəli yolu və sirləri - MÜTLƏQ OXUYUN!
II qrup əlil pensiyadan məhrum olduğu üçün intihar edib?