“Dövlət şirkətləri özəlləşdirilməlidir” - Deputat
“Azərbaycan büdcəsinin dövlət şirkətləri tərəfindən səmərəsiz şəkildə istifadə edilməsinin qarşısının alınmasını çox vacib hesab edirəm”.
Bakupost.az xəbər verir ki, , bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitəsinin sədr müavini Əli Məsimli deyib.
Deputat bildirib ki, dövlət şirkətlərinin özəlləşdirilməsinə gedilməlidir: “Eyni zamanda icbari tibbi sığortanın tətbiqinə büdcədən kifayət qədər vəsait ayrılıb. Mən təklif edirəm ki, orqan transplantasiyası ilə bağlı da büdcədən vəsait ayrılsın. Bu əməliyyatlar kifayət qədər bahalıdır. Hər dəfə həkimlərə seçicilərin problemi ilə bağlı müraciət etmək olmur”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakı Metropolitenində yeni maliyyə rəhbərliyi təyinatı
Bakıda yağmursuz hava, rayonlarda leysan gözlənilir
Vikinqdə heyət dəyişikliyi: Sabah üçün şans?
Azərbaycanda qızıl və gümüş ucuzlaşdı
Azərbaycanda nadir hamiləlik: Döl qaraciyərdə inkişaf edir
BMT rəsmisi: Qarabağda bərpa işləri təqdirəlayiqdir
Rüstəm Behrudi: "Sən böyük şairsən!" dedilər