“Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edildi
Azərbaycan Prezidenti İlham Əliyev “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.
Minval.İnfo dövlət başçsının rəsmi saytına istinadən xəbər verir ki, sərəncam əsasən, Qanunun 10.19-cu maddəsində “10 manat” sözləri “20 manat” sözləri ilə əvəz edilib.
Beləliklə, 1 yanvar 2019-cu ildən etibarən Ədliyyə Nazirliyi tərəfindən göstərilən icra qeydinin aparılması xidmətinə görə rüsum 20 AZN təşkil edəcək.
Qeyd edək ki, borclunun olduğu yer üzrə notariuslar borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün əlaqədar şəxslərin ərizələrinə əsasən borcu müəyyən edən sənədlərdə icra qeydləri aparırlar.
Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı Azərbaycan Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakı Metropolitenində yeni maliyyə rəhbərliyi təyinatı
Bakıda yağmursuz hava, rayonlarda leysan gözlənilir
Vikinqdə heyət dəyişikliyi: Sabah üçün şans?
Azərbaycanda qızıl və gümüş ucuzlaşdı
Azərbaycanda nadir hamiləlik: Döl qaraciyərdə inkişaf edir
BMT rəsmisi: Qarabağda bərpa işləri təqdirəlayiqdir
Rüstəm Behrudi: "Sən böyük şairsən!" dedilər