Dostu borca pul vermədi, qisas olaraq avtomobilini yandırdı
Azərbaycanlı Həştərxan vətəndaşının avtomobilini yandırmaqda ittiham olunub.
Virtualaz.org provintsya.ru portalına istinadən bildirir ki, bunu sentyabrın 3-də Rusiya Daxili İşlər Nazirliyi Həştərxan Vilayəti üzrə İdarəsinin əməkdaşı Artem Sladkov deyib.
Məlumatda bildirilir ki, hadisənin baş verməsinə səbəb təqsirləndirilən şəxsin zərərçəkmişdən borca pul istəməsi olub. Borca pul ala bilməyən azərbaycanlı dostundan, onun maşınını yandrımaqla qisas alıb.
Qeyd edilir ki, “Kia Rio” markalı avtomobilin yanması barədə polisə məlumat verilib. Ekspertiza zamanı avtomobilin yandırıldığı məlum olub. Zərərin miqdarının təxminən 740 min rubl təşkil etdiyi bildirilir. Daxili İşlər Nazirliyinin İstintaq şöbəsi başqasının əmlakına qəsdən külli miqdarda ziyan vurmaqda ittiham olunan 24 yaşlı Azərbaycan vətəndaşının cinayət işinin istintaqını başa çatdırıb. İttiham aktı təsdiqlənməsi üçün prokurorluğa göndərilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vətən müharibəsi iştirakçısı vəfat edib - FOTO
Rüfət Əhmədzadənin meyiti aşkarlandı
Xaçmazda kanalda 66 yaşlı qadının meyiti tapıldı
FHN: İki nəfər dənizdə batma təhlükəsi ilə üzləşib
Həmin ailənin ölümünə səbəb zəhərli maddə olub? - TƏFƏRRÜAT- FOTO
