Dostların işi - girdikləri evdən bir qoyun oğurlayıblar
Oğurluq etmədə təqsirləndirilən işlər hakim qarşısına çıxarılıb.
Minval.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda suçlanan dostlar, Fariz Şirəliyev və Peyman Talıblının cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məlumata görə, oğurluq etdiklərinə görə tutulan Fariz Şirəliyev və Peyman Talıblının ətraflarında Baş Cinayət Axtarışı İdarəsi, Neftçala RPŞ və Suraxanı RPİ- nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların Suraxanı rayonu ərazisindəki 7 evdən pul, qızıl-zinət və məişət əşyaları, habelə Neftçala rayonunun Cəngan kənd sakini D.Abbasovun 1 baş qoyununu oğurlamaları da müəyyən edilib.
İ.Muradov
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı