Donald Tramp: “İranla ticarət edən bizimlə ticarət edə bilməyəcək”
ABŞ prezidenti Donald Tramp irana qarşı yeni sanksiyaların tətbiq olunduğunu və bu sanksiyaların İranı zəiflətdiyini deyib.
Minval.İnfo xəbər verir ki, iki ölkə arasındakı gərginlik daha da artır. ABŞ prezidenti Donald Tramp İrana tətbiq olunan sanksiyalarla bağlı “Twitter” sosial şəbəkəsində paylaşım edib.
O, sosial şəbəkədə bunları qeyd edib:
“İrana sanksiyalar rəsmi olaraq qüvvəyə minib. Bu, indiyə qədər tətbiq edilmiş ən ağır sanksiyalardır və noyabrda yeni mərhələyə çatacaq. İranla ticarət edənlər bunu ABŞ-la edə bilməyəcək. Mən təkcə dünya üçün sülh istəyirəm, başqa bir şey yox!”
Qeyd edək ki, Donald Tramp özündən öncəki, Obama hakimiyyətinin İranla imzaladığı nüvə razılaşmasını böyük uğursuzluq adlandırmış və razılaşmanı bir tərəfli olaraq pozmuşdu.
Tamerlan
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İran Hörmüz boğazını açmaq üçün şərt qoydu
İran və Oman Hörmüzdə razılaşdı: Yeni marşrutlar!
Mehdiabadda zibil və su gölməçəsi problemi!
Dostluq küçəsində kanalizasiya kabusu: Sakinlər narazıdır
İran-Türkiyə uçuşları davam edir: Məhdudiyyət yoxdur!
Hörmüz boğazı: İran-Körfəz görüşü taleyüklü an qarşısında
Neftin qiyməti kəskin şəkildə ucuzlaşdı