Dollar yaxın günlərdə bahalaşacaq? - İqtisadçıdan şərh
“Yaxın günlərdə dolların qiymətinin qalxmasından söhbət gedə bilməz”.
Bu sözləri Metbuat.az-a açıqlamasında iqtisadçı İlham Əzizov bildirib.
Onun sözlərinə görə, ölkədə həm büdcə ehtiyatının vəziyyəti, həm də dolların başqa valyutalarla münasibəti onun yüksəlməsinə diqtə etmir:
“Azərbaycanda rüb yeni başladığı üçün büdcədən ayırmalar olmayıb. Ona görə, dolların qalxması nəinki birinci rübün axrı, heç ikinci rübdə də gözlənilmir. Ətraf ölkələrdə də hazırda dollar çaxnaşması yaşanmır. Bizim valyutamızın sıx münasibətdə olduğu qonşu Rusiya və Türkiyə millli valyutasında da hazırda sabitlik hökm sürür. Həmin sabitlik onu deməyə əsas verir ki, dolların yaxın günlərdə qalxması gözlənilmir”.
Qeyd edək ki, fevralın 12-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi hazırda 1,7000 manat təşkil edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda əhalinin gəlirləri 15 % artıb
Maaşa əlavələri necə almaq olar? - Açıqlama
Sabah Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
Türkiyəyə ianələrlə bağlı Azərbaycan banklarından QƏRAR
Bank kartlarından da vergi tutulacaq? - İZAH
Azərbaycanda mobil telefonlar kəskin bahalaşacaq -YENİ TƏLƏB