"Dodaqlarım əyridir, burnumdan qan gəlir" - "Med Era" hospitaldan şikayət (Video)
Bakıda fəaliyyət göstərən özəl xəstəxananın həkimi əməliyyatı düzgün yerinə yetirməməkdə günahlandırılır.
Minval.info xəbər verir ki, paytaxt sakini Evelina Şükürova “Med Era” hospitalının həkimi Qəhrəman Qəhrəmanovdan şikayətçidir. Xanımın iddiasına görə, tibb mütəxəssisi yanlış əməliyyat apararaq onun səhhətinə ziyan vurub. E.Şükürova hazırda ara-sıra burnundan səbəbsiz yerə qan, çirk gəldiyini və dodağının əyri olduğunu deyir.
Bundan sonra yenidən həkimə müraciət edən Evelina xanım ikinci dəfə əməliyyata daxil olub. Onun deməsinə görə, səhv əməliyyatdan sonra pul alınmadığı halda, Şükürova bir daha ödəniş etmək məcburiyyatində qalıb.
“Əməliyyat üçün əvvəlcə 2500 manat, analizlərə görə isə 200-300 manat xərcim çıxdı. Ardınca yenidən 500-600 manat ödəniş etməli oldum. Bu da uğursuz nəticə verdi. Əziyyət çəkirəm, nəfəs ala bilmirəm”.
Evelina Şükürovanın sözlərinə görə, “MedEra Hospital”ın direktoru və onun əməliyyatını aparmış Qəhrəman Qəhrəmanov hazırda “Həyat” klinikasında estetik cərrah olaraq fəaliyyət göstərir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ
Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlandı


