Dişləri korlayan 11 ərzaq məhsulu
Dişləri təkcə şirniyyat korlamır. Onların həmişə qaydasında olması üçün istifadə etdiyimiz ərzağa da fikir verməliyik.
Bizimyol.info dişləri korlayan 11 ərzaq növünü nəzərinizə çatdırır:
KOFE
Kofesevərlərə bəd xəbər. Bu içki dişləri korlayır, ləkə qoyur. Sonradan ləkəni aradan qaldırmaq da asan başa gəlmir və ya mümkün olmur. Kofenin dişə az təması üçün trubkadan istifadə etmək məsləhətdir.
QAZLI SU
“Kola” tipli içkilər çox zərərlidir. Çünki tərkiblərində şəkər çoxdur. Qazlı su içsəniz belə, dərhal dişinizi təmizləməlisiniz.
BULKA
Karbohidratlar, şəkər, un – hamısı diş üçün zərərlidir. Bulkalar çürüməyə münbit şərait yaradır.
SPİRTLİ İÇKİ
Spirtli içkilər tüpürcəyi məhv edir. Tüpürcəyin azlığı isə çürüməyə şərait yaradır, dişin mina qatını zədələyir. Təsadüfi deyil ki, içkiyə çox meylli adamların dişləri tez sıradan çıxır.
QIRMIZI GİLƏMEYVƏLƏR
Quşüzümü, albalı, moruq kimi qırmızı giləmeyvələr də dişə ziyandır. Əlbəttə, orqanizmə böyük fayda verirlər. Amma tərkiblərində turşu çoxdur. Dişləri də bu sıradan çıxarır.
ÇAXIR
Qırmızı çaxırın zərəri haqda çox danışılır. Amma ağ çaxır da zərərsiz deyil. Turşuluğun yüksək olması diş minasına çox ziyan vurur.
İTBURNU
İtburnuda C vitamini çoxdur. Hətta quşüzümündən və limondan da çox. Təəssüf ki, dişləri qaraldır.
ANANAS
Bu ekzotik meyvənin tərkibində də turşu çoxdur. Lap çox böyük zərəri ola bilməz, amma yenə ehtiyatı əldən verməməliyik. Dişlərə ləkə salmır, sadəcə, onları daha həssas edir.
QURU MEYVƏLƏR
Həm şirindilər, həm də tərkibində çoxlu karbohidrat var. Dişlərin arasında qalıb işləri lap korlayırlar.
SİTRUS MEYVƏLƏRİ
Portağal, naringi, limon, qreypfrut o qədər faydalıdır ki, “yeməyin” demək olmur. Sadəcə, turşuluğu dişlərə ziyan vurur.
ŞORABA
Duzlu xiyar, sirkə dişlərin düşmənidir. Çox şoraba yemək olmaz.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nazir rəisi 10 minlik yeyintiyə görə işdən çıxarıb
Poliklinikalardakı vaksin növbəsi ilə bağlı açıqlama
"İctimai TV" bu serialın yayımı üçün məşhur aktrisaya 114 min ödəyəcək
DÇ-2022: Belçika millisi Kanadaya minimal hesabla qalib gəlib
Azərbaycanda 16 yaşlı qız ərə verilib? - FOTO - AÇIQLAMA