Diş qıcamasının qorxunc fəsadları — SİYAHI
Minval.info-nun “Medicina.az”a istinadən məlumatına görə, dişləri bu formada bir-birinə sıxmaq bruksizm adlanır. Diş qıcama, yəni bruksizm anadangəlmə olmur. Sonradan hansısa travmadan yaranır.
Diş qıcamağın psixoloji səbəbləri də var. Bruksizmə ilkin səbəb kimi stress göstərilir. Stress artdıqca diş qıcamalar da çoxalır. Bruksizm həddindən artıq qayğı, xəyal qırıqlığı, əsəb, qorxu kimi hisslərindən sonra yaranır.
Lakin bunlar şəxsin xaraterinə görə də dəyişir. Əsəbi, aqressiv, tələsgən və həddən çox təmizkar insanlarda bu problem daha çox müşahidə olunur.
Davamlı diş qıcamaları dişlərə zərər vurur. Dişlərin bir-birinə bərk sıxılması onların uclarını aşınmaya məruz qoyur. Nəticədə də zaman keçdikcə, dilşərdə kiçilmə yaranır. Həmçinin soyuğa qarşı həssaslıq da meydana gəlir. Diş və çənə arasındakı bağlarda boşalma yaranır.
Daha ağır nəticə isə dişlərin qırılması və diş əti problemləri ilə olur. Dişlərin sıxılması üz əzələlərində gərginlik də yaradır. Bu zaman insanlar baş və çənə ağrılarına məruz qalır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kefirin zərərləri: hər kəs üçün uyğun deyilmiş
Arıqlama iynələri dırnaqların qopması riskini artıra bilər
Gənc nəsildə xərçəng halları artacaq
Köhnəlmiş çörək xərçəng riskini artıra bilər
Bu halda isti vanna qəbul etmək olmaz
Kardioloqdan alkoqol istifadəsi ilə bağlı diqqətçəkən xəbərdarlıq
Damar tıxanmasının təhlükələri: Kardioloqdan ciddi xəbərdarlıq
