Direktora hökm oxundu - Elinanın anasına 18 min ödənəcək
Bu gün Səbail Rayon Məhkəməsində məktəbdə intihar edən şagird Elina Hacıyevanın ölümü ilə bağlı təqsirləndirilən direktor Sevinc Abbasovanın məhkəməsi keçirilib.
Minval.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, məhkəmədə direktorun vəkili Sadiq Bağırov çıxış edərək ittihamları qəbul etmədiklərini deyərək müvəkkilinə bəraət verilməsini və mülki iddianın təmin edilməməsini istəyib.
Sevinc Abbasova son sözündə Elinanın ölümündə heç bir günahı olmadığını deyib: “25 ildir müəlliməyəm, məktəbdə, universitetdə dərs demişəm. Həmişə işimə məsuliyyətlə yanaşmışam. Test imtahanı ilə direktorluğa qəbul olmuşam. 625 namizəd içində ilkin direktor təyin olunan 12 direktordan biriyəm. Direktor olduğum 3 il ərzində məktəbin nəticələrində xeyli irəliləyiş olub. İşimdə heç zaman səhlənkar olmamışam. İttihamların heç birini qəbul etmirəm”.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Məhkəmə hökmü elan etmək üçün müşavirəyə çıxıb. Müşavirədən sonra hakim Azər Tağıyevin hökmü ilə S.Abbasova barəsində 2 il 2 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması və mülki iddiaya görə isə 18 min manat tutularaq Elinanın anasına ödənilməsinə qərar verilib.
S. Abbasova elektron qolbaq taxaraq müəyyən olunmuş ərazidə sərbəst hərəkət edə biləcək. S. Abbasova bu müddət ərzində saat 23:00-dan 07:00-dək evdən çıxa bilməz.
Murad Əhməd
Foto: Nuran Məmmədov

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda