Direktor olmaq istəyənlər üçün böyük şans: Elektron qeydiyyat başladı!
Dövlət ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul üçün müsabiqənin elektron qeydiyyat mərhələsi start götürür.
Minval.info xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi bu barədə məlumat yayıb. Elektron qeydiyyat prosesi avqustun 18-də saat 11:00-da başlayacaq və avqustun 21-də saat 17:00-da sona çatacaq.
Namizədlər miq.edu.az/direktor portalı vasitəsilə qeydiyyatdan keçə bilərlər. Müsabiqə Elm və Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada və proqram təminatı vasitəsilə həyata keçiriləcək. Müsabiqə seçim və müsahibə mərhələlərindən ibarətdir.
Seçim mərhələsində namizədlərin təqdim etdikləri məlumat və sənədlərin düzgünlüyü yoxlanılacaq. Bu mərhələni uğurla keçənlər müsahibəyə dəvət olunacaq. Müsahibə mərhələsi Elm və Təhsil Nazirliyi tərəfindən yaradılan komissiyalar tərəfindən keçiriləcək və namizədlərin müxtəlif bacarıqları qiymətləndiriləcək.
Müsabiqənin nəticələri hər bir namizədin “Şəxsi səhifə”sində əks olunacaq və uğur qazananlarla əmək münasibətləri qanunvericiliyə uyğun olaraq rəsmiləşdiriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlərin iş yükü azalmayıb, əksinə artıb
Müəllimlərin işə qəbulu: 3 min vakant yer açıqdır
Evində dərs keçmək istəyənlər üçün iş imkanı
Asfalt yeniləndi, təhlükəsizlik xətləri unuduldu!
Laçında uşaqların sağlamlığına xüsusi diqqət!
Tələbə Kənan Zindadil universitetə bərpa olunmaq istəyir
Universitetdə təhsil müddəti qısalır?