Direktor müavini olmaq istəyənlər üçün vakansiya açıldı
Dövlət ümumi təhsil müəssisələrində direktor müavini vəzifəsinə işə qəbul üçün elektron sənəd qəbulu mərhələsi başlanıb. Təlim-tərbiyə işləri üzrə direktor müavini və digər profillər üzrə vakant yerlərə müraciət etmək istəyən namizədlər üçün bu proses artıq aktivdir.
Minval.info xəbər verir ki, namizədlər 27 avqust 2026-cı il saat 15:00-dək miq.edu.az/muavin saytında elektron qeydiyyatdan keçə bilərlər. Müsabiqə seçim və müsahibə mərhələlərindən ibarət olacaq. Seçim mərhələsində təqdim olunan məlumat və sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra namizədlər müsahibə mərhələsinə dəvət ediləcəklər.
Müsahibə mərhələsində namizədlər liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, eləcə də sosial və emosional bacarıqları üzrə qiymətləndiriləcəklər. Müsabiqədən uğurla keçən namizədlərlə əmək münasibətləri qanunvericiliyə uyğun olaraq rəsmiləşdiriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qaxda iki sinifdən 100 faiz universitet uğuru!
Xəzərin səviyyəsinin azalması: Təhlükəli fəsadlar yaxınlaşır!
Bağçalara qəbul: 44 mindən çox uşaq sevindi
Abituriyentlər üçün qəbul nəticələri açıqlandı!
I ixtisas qrupu qəbulda lider oldu
Boş qalan yerlərə ixtisas seçimi başladı!
Kəlbəcərin ilk məzunu tələbə oldu!