Lənkəranda "PAZ" avtobusunun qəzaya uğrama səbəbi bilindi - FOTO
Lənkəranda baş verən avtobus qəzasının səbəbləri açıqlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, avqustun 28-də saat 18:40-da Lənkəran Şəhər Rayon Polis Şöbəsinə rayonun Bəliton kənd sakini Ağayev Ələmdar Şavəli oğlunun idarə etdiyi, ona məxsus şəxsi istifadəsində olan “PAZ” markalı 43-BA-455 dövlət nömrə nişanlı avtobusun yüksək dağlıq ərazidə yolsuzluq və qapalı şəraitdə fərdi yaşayış evinin həyətinə aşması ilə bağlı məlumat daxil olub.
Lənkəran ŞRPŞ-nin əməkdaşları dərhal hadisə baş vermiş dağlıq əraziyə yollanıb və sürücü Ələmdar Ağayevin hadisə zamanı dünyasını dəyişdiyi müəyyən olunub. Şöbənin Dövlət yol polisi bölməsinin yol patrul xidmətinin və digər polis əməkdaşlarının fəal iştirakı ilə avtobusda olan 22 nəfər sərnişinin müayinə olunmaları üçün Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılmaları təşkil olunub. Hazırda onlardan 3 nəfərin müalicəsi xəstəxanada davam etdirilir, digərləri isə müayinədən və tibbi müdaxilədən sonra evə buraxılıb.
Hadisənin baş vermə səbəbinə gəldikdə isə Ağayev Ələmdar Şavəli oğlu ona məxsus “PAZ” markalı 43-BA-455 dövlət nömrə nişanlı avtobusla yüksək dağlıq ərazidə yolsuzluq və qapalı şəraitdə hərəkətə başlayaraq yoxuşu qalxarkən avtomaşında yaranmış texniki nasazlıq səbəbindən sürücü idarəetməni itirib və avtomaşın geriyə hərəkət edərək həyətə aşıb.


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ceyranbatanda su kanalında balıqlar kütləvi tələf olub - VİDEO
Qəbələdə qəza oldu - Ölən və yaralananlar var
Bakıda dəhşətli hadisə: Ana tualetdə uşaq doğub zibilliyə atdı
Bakıda tanınmış dindar ailədə faciə: qardaşı Hacı Kamranı öldürdü - Foto
Barda onunla tanış olmaq istəyən oğlanın gözünü çıxardı - Bakıda qanlı olay
Ehtiyatda olan polkovnik Elnur Məmmədov həbs edilib