DİN-dən saxlanılan “siçan”la bağlı - Açıqlama
Daxili İşlər Nazirliyi Bakı şəhəri, Səbail rayonu ərazisində – “Tarqovıy” adlanan yerdə maskot (“siçan” obrazında) fəaliyyəti göstərən şəxsin saxlanılması və məhkəmə tərəfindən cərimələnməsinə münasibət bildirib.
Nazirliyin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, maskot kimi fəaliyyət göstərən şəxsin fəaliyyətinin məhdudlaşdırılması qanunla tənzimlənir: “Küçədə hansısa ödəniş müqabilində lisenziyalaşdırılmayan fəaliyyət qanunsuz hesab edildiyi üçün inzibati xəta—küçə ticarətinin tərkib əlamətlərini yaradır. Səbail rayonu, Nizami küçəsində qanunsuz fəaliyyət göstərən şəxsə bu əməllə bağlı dəfələrlə edilən xəbərdarlıqlara, iradlara məhəl qoymadığı üçün müvafiq polis orqanına dəvət edilən zaman polisin qanuni tələblərinə qəsdən tabe olmayıb və barəsində inzibati tənbeh tədbiri tətbiq olunub”.
Qeyd edək ki, maskot fəaliyyəti göstərən 33 yaşlı şəxs barəsində tərtib edilmiş protokola əsasən o, Səbail Rayon Məhkəməsinin qərarı ilə 200 manat cərimələnərək sərbəst buraxılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Prezident “ŞƏT plyus” formatında görüşdə çıxış etdi
Birinci xanımlar Bişkekdə görüşdü - FOTOLAR
İlham Əliyev Ərdoğanla görüşdü - FOTO
İlham Əliyev Paşinyanla görüşdü
İlham Əliyev Şavkat Mirziyoyevi təbrik etdi
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib - VİDEO
VACİBİlham Əliyev Özbəkistanda dövlət səfərindədir - VİDEO