DİN-dən "Neftçi" - "Qalatasaray" azarkeşlərinə xəbərdarlıq
Daxili İşlər Nazirliyi (DİN) “Neftçi” – “Qalatasaray” oyunu ilə bağlı açıqlama yayıb.
DİN-in Mətbuat Xidmətindən “Minval.info”ya daxil olan məlumatda deyilir:
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN), Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və “Neftçi” Peşəkar Futbol Klubu UEFA Avropa Liqası turnirinin ikinci təsnifat mərhələsi çərçivəsində 2020-ci il sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Neftçi” – “Qalatasaray” (Türkiyə) oyunu ilə əlaqədar ictimaiyyətin diqqətinə çatdırır ki, UEFA İcraiyyə Komitəsinin müvafiq qərarına uyğun olaraq, qarşılaşma azarkeşsiz keçiriləcək.
ƏLAQƏLİ
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Hər iki komandanın ölkəmizdə çox sayda azarkeşinin olması nəzərə alınaraq, bir daha bildiririk ki, COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qaydalara riayət olunması vacibdir. “Qalatasaray” komandasının Bakıya gəlişi zamanı hava limanında, komandanın qalacağı otelin qarşısında, məşq edəcəyi və oyunun keçiriləcəyi stadionun ətrafında, eləcə də digər müvafiq məkanlarda azarkeşlərin kütləvi toplaşması yolverilməzdir.
DİN, AFFA və “Neftçi” PFK koronavirusa yoluxma hallarının artım riskini nəzərə alaraq, azarkeşləri Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qaydalara riayət etməyə çağırır.
“Azarkeşlər sevimli komandalarına çatdırmaq istədikləri mesajları videoya çəkərək CBC Sport televiziya kanalına göndərə bilər. Həmin videomesajlar CBC Sport-da, həmçinin oyun günü Bakı Olimpiya Stadionunun monitorlarında nümayiş etdiriləcək”, Mətbuat Xidmətindən bildirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək
13 yaşlı azarkeş beş il stadionlara buraxılmayacaq