DİN-dən Mehman Hüseynovla bağlı - Açıqlama
Daxili İşlər Nazirliyi dünən bloger Mehman Hüseynovun saxlanılması səbəbini açıqlayıb.
DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, M.Hüseynov icazəsiz olaraq dron əldə etdiyi üçün saxlanılıb:
“Mehman Hüseynovun istifadəsinə xüsusi icazə tələb olunan dron aparatını ölkəyə gətirməsi barədə əməliyyat məlumatı əldə olunub. Məlumatın yoxlanılması məqsədilə o, dünən saxlanılıb. Və ondan 1 ədəd dron aparatı aşkar edilərək götürülüb. Müvafiq ekspertiza təyin edilməklə hazırda araşdırma aparılır.
Mehman Hüseynovun həmin aparatla hardasa çəkiliş aparması barədə isə hazırda hər hansı bir məlumat yoxdur”.
Qeyd edək ki, daha sonra M. Hüseynov sərbəst buraxılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Media və Yayım Şurası və Səhiyyə Nazirliyi birgə açıqlama yayıb
VACİBİlham Əliyevin Pezeşkianla görüşü keçirildi
Hərbi vəzifəlilərin nəzərinə: qaydalar dəyişdi
Azərbaycanda son 10 ilin ən isti yay fəsli yaşanıb
Cəbrayıla köçən sakinlərin məşğulluğu təmin edilir
Bu il neçə uşaq himayədar ailəyə və övladlığa verilib?
VACİBPrezident YAP-ın VIII Qurultayında - FOTO