DİN-dən Fuad Qəhrəmanlı ilə bağlı açıqlama
Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə Fuad Qəhrəmanlı və Seymur Əhmədovun işgəncələrə məruz qalması ilə bağlı iddialara münasibət bildirib.
Minval.info-nun verdiyi xəbərə görə, nazirliyin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: “Sosial mediada iyulun 14-dən 15-ə keçən gecə ictimai asayişin pozulmasına səbəb olan hərəkətlərin təşkil edilməsi və xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına müqavimət göstərilməsi faktları ilə bağlı istintaq olunan cinayət işi üzrə təqsirləndirilənlərdən biri – Seymur Əhmədovun saxlanma yerində fiziki təzyiqlərə, işgəncə və zorakılığa məruz qalması ilə əlaqədar həqiqətə uyğun olmayan uydurma və qərəzli informasiyalar yayılıb. Bununla əlaqədar DİN rəhbərliyinin göstərişi ilə əməkdaşlar saxlanma yerində olaraq Seymur Əhmədovun izahatını alıblar, saxlanma şəraiti və sağlamlığı ilə maraqlanıblar. S.Əhmədov barəsində yazılanları birmənalı olaraq təkzib edib, hər hansı zorakılığa və işgəncəyə məruz qalmadığını, saxlanma şəraitindən, sağlamlığından şikayətinin olmadığını bildirib.
O ki, qaldı Fuad Qəhrəmanlının guya DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qalması iddialarına, birmənalı və qəti şəkildə bildirirəm ki, Fuad Qəhrəmanlı ümumiyyətlə qeyd olunan İdarəyə gətirilməyib və orada olmayıb. Bu məlumatlar həqiqəti əks etdirmir. Bu, qərəzdən irəli gələn iddialardır”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Media və Yayım Şurası və Səhiyyə Nazirliyi birgə açıqlama yayıb
VACİBİlham Əliyevin Pezeşkianla görüşü keçirildi
Hərbi vəzifəlilərin nəzərinə: qaydalar dəyişdi
Azərbaycanda son 10 ilin ən isti yay fəsli yaşanıb
Cəbrayıla köçən sakinlərin məşğulluğu təmin edilir
Bu il neçə uşaq himayədar ailəyə və övladlığa verilib?
VACİBPrezident YAP-ın VIII Qurultayında - FOTO