DİN Bakıdakı dəhşətli qəza ilə bağlı məlumat yaydı
Bakıda ağır yol qəzası baş verib.
Minval.info-nun xəbərinə görə, bu haqda Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, yanvarın 13-də saat 13 radələrində Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində Salyan rayon sakini İsrayıl Qəniyevin idarə etdiyi “Daewoo” və Bakı şəhər sakini Ceyhun Mirzəyevin idarə etdiyi dövlət qeydiyyat nişanları olmayan “İveco” markalı avtomobillər toqquşub, sonradan idarəetməni itirmiş İ.Qəniyevin avtomobili Qəbələ rayon sakini Sadiq Hacıyevin idarə etdiyi “KamAZ” markalı avtomobilə çırpılıb.
Nəticədə İ.Qəniyev və sərnişinlərindən Çimnaz Gülmalıyeva hadisə yerində ölüb, digər 3 sərnişini xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Prezident və xanımı “Meysari Grand Hotel SPA”nın açılışında
VACİBYollarda təhlükə artır: DYP-dən ciddi xəbərdarlıq
Prezident “ŞƏT plyus” formatında görüşdə çıxış etdi
Birinci xanımlar Bişkekdə görüşdü - FOTOLAR
İlham Əliyev Ərdoğanla görüşdü - FOTO
İlham Əliyev Paşinyanla görüşdü
İlham Əliyev Şavkat Mirziyoyevi təbrik etdi