DİN: Azyaşlı Zəhra Bağırova oğurlanaraq dilənçiliyə cəlb edilib
Azyaşlı Zəhra Bağırovanı oğurlayaraq dilənçiliyə cəlb etmiş Masallı rayon sakini T.Nəzərova saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyunun 4-də 2015-ci il təvəllüdlü Z.Bağırovanın Sabunçu qəsəbəsində yaşadığı evdən çıxaraq geri qayıtmamaşı barədə Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə müraciət daxil olub.
Müraciətlə əlaqədar Əlahiddə Çevik Polis Alayı, Bakı Şəhər Baş Polis, Sabunçu və Nizami Rayon Polis idarələri əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlərlə azyaşlının Masallı rayon sakini T.Nəzərova tərəfindən oğurlanaraq dilənçiliyə cəlb edilməsi müəyyən edilib.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində T.Nəzərova Q.Qarayev prospektində, metronun “Neftçilər” stansiyasının yaxınlığında Z.Bağırova ilə birgə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb.
Uşaq valideynlərinə qaytarılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda