Dilarə estetik əməliyyat keçirib? - FOTO
Mənə tez-tez sual verirlər ki, estetik əməliyyat keçirmisiniz? Buna yeganə cavabım budur: Xeyr!”
Oxu.Azxəbər verir ki, bu sözləri cazibədar müğənni Dilarə Kazımova şəxsi “Instagram” hesabında yazıb.
Dilarə ona izləyicilər tərəfində tez-tez ünvanlanan “Estetik əməliyyat etdirmisiniz?” sualına cavabında əməliyyatdan qorxduğunu qeyd edib.
“Əməliyyat proseslərinin hər birindən ehtiyat edirəm. Bunu müəyyən faktlara əsaslanıb edirəm. Özümü olduğum kimi sevirəm. Ancaq üzərimdə işləməyə də davam edirəm. Məqsədim bu gün dünənkindən daha yaxşı olmaqdır. Sizə isə kiçik məsləhətim: özünüzü sevin.
Hər cərrahi, estetik müdaxilə bir fəsada çevrilə bilər. Sadəcə, üzərinizdə çalışın. İdeal olmaq bizim öz əlimizdədir. Biz heç nədən sığortalı deyilik. İllər keçər, bəlkə, mənim də estetik əməliyyata ehtiyacım olar. O zaman edərəm və məni narahat edən məqamdan azad olaram”.
Qeyd edək ki, 35 yaşlı ifaçı Dilarə Kazımova Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını bitirib. İkinci təhsilini incəsənət gimnaziyasında alıb. Sənətçi ilk addımlarını “Milk and kisses” qrupu ilə atıb. Daha sonra solo karyerasına başlayıb. Dilarə 2014-cü ildə Danimarkada keçirilən “Start a Fire” bəstəsi ilə “Avroviziya” Mahnı Müsabiqəsində Azərbaycanın təmsil edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!