Dilarədən yeni hit: "Darıxsam da"
Müğənni Dilarə Kazımova qarşılıqsız sevgidən bəhs edən musiqi layihəsini təqdim edib.
Estrada ifaçısı söz və musiqisi Sheyh Ree-yə məxsus olan “Darıxsam da” bəstəsini ekranlaşdırmaq qərarına gəlib.
Bunun üçün o, rejissor Nail Naiboğluya müraciət edib. Klip Bakıda lentə alınıb və sənətçi staytlinqi üzərində özü çalışıb. Ekran işində Dilarədən əlavə, aktyor Şamo Həsənov da yer alıb.
D. Kazımova mətbuata yaydığı açıqlamada mahnının hekayəsindən də danışıb:
“Mahnı qarşılıqsız sevgidən və eşqin necə əzab gətirdiyindən bəhs edir. Qəhrəmanımın onu aldadan sevgilisinə qarşı güclü hissləri var. Buna baxmayaraq, hələ də sevir və bundan əziyyət çəkir, ancaq onların fərqli olduğunu başa düşür və qəlbi buz bağlayır”.
Sənətçinin fotolarını Kamran Ağayev lentə alıb.
https://www.youtube.com/watch?v=ZB6_nHzhkjA
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır