Dilarə: "Bilirəm ki, atam mənimlə fəxr edir" - FOTO
“Ailədə iki uşaq olmuşuq – mən və bacım. Atam 12 yaşım olanda vəfat edib. O zamanlar mən məhv olmuşdum. Sonra anladım ki, həyat davam edir, hər şeyə rəğmən yaşamaq lazımdır”.
“Minval.info” bizim.media-ya istinadla xəbər verir ki, bu sözləri müğənni Dilarə Kazımova qonaq olduğu “Özəl” verilişində deyib.
Ailəsindən söz açan sənətçi atasının vəsiyyətini açıqlayıb.
“Atam rəhmətə getmədən öncə mənə tapşırmışdı ki, fortepianoda ifa etməyi öyrənim. Və mən onun istədiyini etdim, bilirəm ki, mənimlə fəxr edir”, – deyə D.Kazımova bildirib.
Qeyd edək ki, D.Kazımova 2014-cü ildə Azərbaycanı “Avroviziya” beynəlxalq mahnı yarışmasında “Start a Fire” mahnısı ilə təmsil edib.
Məqaləyə dair fotomateriallar:

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır