Diana Əhədpur: "Həyatımın ən dəli qərarı məndən yaşca böyük kişiyə ərə getmək idi"
Keçmiş model Diana Əhədpur sosial şəbəkədə izləyicilərinin suallarını cavablandırarkən şəxsi həyatı, uğuru və həyata baxışı ilə bağlı açıqlamalar verib.
Minval.info xəbər verir ki, o, uşaqlıqda yaşadığı çətinliklərin gələcək həyatına böyük təsir göstərdiyini bildirib.
Diana Əhədpurun sözlərinə görə, kasıbçılıq şəraitində böyüməsi ona gələcəkdə uğurlu və təminatlı həyat qurmaq üçün motivasiya verib.
“Özümə söz verdim ki, böyüyəndə çox yaxşı həyatım olacaq, varlı olacağam, ailəmə və ətrafımdakı insanlara kömək edəcəyəm. Niyyət etdim və istədiyim həyata nail oldum”.
Keçmiş model bildirib ki, insanların onu bəzən özündənrazı hesab etməsi düzgün deyil:
“Mən sadəcə özümə inanıram. Özündənrazı olmaqla özünə inanmaq tamamilə fərqli anlayışlardır”.
O, xoşbəxtliyin üç əsas şərtinin pul, sağlamlıq və sevgi olduğunu vurğulayıb. Diana Əhədpur əlavə edib ki, dəbdəbəli həyatını özünəinamına borcludur və sağlamlıqla sevginin pulla əldə edilə bilməyəcəyini düşünür.
Qadınlara da tövsiyələr verən keçmiş model əvvəlcə insanın özünü sevməsinin vacibliyini qeyd edib və heç bir qadının kişinin arxasınca qaçmamalı olduğunu söyləyib.
Şəxsi həyatından da danışan Diana Əhədpur həyatındakı ən cəsarətli addımın özündən yaşca böyük bir şəxslə ailə qurmaq olduğunu bildirib.
“Həyatımın ən dəli qərarı məndən yaşca böyük bir insana ərə getmək idi. Hər qadın bunu bacarmaz”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!