“Deyirlər, Putinin kişiliyi çatsın, 5 ay da dözsün”
“Bizdən fərqli olaraq Türkiyədə yerli analitiklər və televizyonşular Rusiyanı ciddi şəkildə dəstəkləyirlər”.
“Minval.info” xəbər verir ki, bu sözləri TV Müsavatın “Canlı debat” verilişində Xural TV-nin rəhbəri Əvəz Zeynallı bildirib. Onun sözlərinə görə, son günlər dünyada baş verən bir çox siyasi qalmaqalların mərkəzində Rusiya faktoru dayanır. Belə ki, İngiltərənin baş naziri Boris Consonla bağlı etimad səsverməsini xatırladan Ə.Zeynallı bu məsələdə Rusiyanın rolunu vurğuladı: “İngiltərədə Boris Consonun üzərinə gedən Rusiya idi. Boris Conson İngiltərədə hakimiyyətdən getsəydi, nələr olacaqdı? Ya da Putin Rusiyada hakiiyyətdən getsə, nələr olacaq? Gələn il dünya tamam başqa düzəndə olacaq. Putindən sonra hədəfdə Ərdoğandır. Türkiyə indi niyə Putini və Rusiyanı dəstəkləyən havadadır? Bizdən fərqli olaraq türk analitikləri və televizyonçuları Rusiyanı ciddi şəkildə dəstəkləyirlər. Çünki bilirlər ki, sırada Ərdoğandır. Orda hamının əli Allahdadır ki, Putin heç olmasa 5 ay dözsün, kişiliyi çatsın, bir az dözsün”.
ƏLAQƏLİ
Sea Breeze yolunda kilometrlərlə tıxac: Sürücülər saatlarla yollarda qaldı — VİDEO
Videonun daha geniş versiyasının aşağıdakı link vasitəsilə izləyə bilərsiz.
“Minval.info”
https://youtu.be/i_eXDtubQwQ
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
