"Deyirlər, Dubayda, Moskvada bir, Türkiyədə üç evim var" - Afaq Gəncəli

“Bəzənməkdən çox yoruluram. Özümü heç vaxt makiyaj etmirəm. Həmişə deyirəm, gedim məni makiyaj etsinlər. Hərdən deyirlər, saçına dib boyasını özün qoy. Etmirəm… Heç vaxt üzümə, saçıma maska qoymaram, mənlik deyil. Çox tənbələm”.
MİNVAL.İNFO xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli “Sənətdən kənar” verilişində deyib. Afaq baxım sirləri ilə bağlı sualları cavablandırıb.
Aparıcı şou-biznesin hazırki durumundan söz açıb:
“10-16 il əvvəlki halla indiki arasında yerlə-göy qədər fərq var. Məni indi orkestrla konsert verən ifaçı təəccübləndirə bilər ancaq”.
A.Gəncəli özü ilə bağlı “Bərkimişəm, amma sevmirəm desinlər kişi kimi qadındır. İnsan var ki, özünü tez təslim edir, beyinin boşluğudur. Elə bir çıxılmaz vəziyyətlərdə özümü toparlayıram, amma beynini yükləmə. Onda düşə, təslim ola bilərsən. Mənə hər şey mərhələ-mərhələ gəldi. Özümü toparlaya-toparlaya gücləndim” sözlərini əlavə edib.
Afaq özü haqda yayılan şayiələrdən söz açıb:
“Deyirlər ki, guya, Dubayda, Moskvada bir, Türkiyədə 3 evim var. Bakıda maqazinlərim var. 3-4 maşınım var, hansısa şirkətin vitse-prezidentiyəm. Dedim, Allah bunu deyənin ağzından eşitsin. Belə şeyləri sevirəm”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!