"Deyirəm ki, bəsdir, bitirəcəm verilişi, gedəcəm televiziyadan" - Zaur
“Hər il deyirəm ki, televiziyadan gedəcəm. Özü də yay ayları yaxınlaşanda başlayıram. Bu günlərdə də deyirəm ki, bəsdir, bitirəcəm verilişi, gedəcəm televiziyadan”.
Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev Əməkdar artist Bəhram Bağırzadənin İnstaqramda canlı yayımda qonağı olarkən deyib. Zaur fəaliyyətindən, aparıcılığından danışıb. O, hər il efirdən getməyi düşündüyünü söyləyib:
“Getmək fiziki, mənəvi yorğunluq və işin ağırlığındandır. Yaş da öz işini görür. Daha sakit yer axtarırsan. Sonra elə hallar səni ruhlandırır ki, yenə atılırsan işinə. Düşünürəm, elə gün gələcək özüm düşünəcəm ki, bəsdir. Burada vergül yox, nöqtə qoymaq lazımdır.
Hazırda özümü görmək istədiyim yerdəyəm. Ən yüksəkdə, pik nöqtədəyəm”.
Qızından söz açan Zaur “Dilavər dünyaya gələndə Günayla (həyat yoldaşı, aparıcı Günay Baxşəliyeva – red.) arzu etdik ki, onun hər ad gününü bir ölkədə qeyd edəcəyik. Ona görə də hər il pulumuzu yığıb harasa gedirik” sözlərini əlavə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!