Deputatlara yeni məhdudiyyətlər qoyulur
Deputatlara hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər qoyulur.
Modern.az-ın məlumatına görə, bununla bağlı “Milli Məclisin deputatının etik davranış qaydaları haqqında” Qanuna yeni 10.3-cü maddə təklif edilir.
Yeni təklif olunan maddəyə görə, qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və güzəştlər təklif olunduğu hallarda deputat onlardan imtina etməlidir.
Bütün bunlar deputata ondan asılı olmayan səbəbdən verilərsə, o, bu barədə Milli Məclisin İntizam Komissiyasına məlumat verməlidir.
Hazırki qanunvericilikdə isə belə bir maddə yoxdur.
“Milli Məclisin deputatının etik davranış qaydaları haqqında” qanuna dəyişiklik parlamentin oktyabrın 30-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanlı jurnalistlər “Hərbi Jurnalistika” təlimlərində
Müxalif liderlər YAP-ın 30 illik yubileyində - Fotolar
Füzuli beynəlxalq hava limanın region üçün əhəmiyyəti
Trampı biabır edən kitabın əsasında serial çəkilir