Deputat Elmira Axundova yayılan səs yazısından danışdı - VİDEO
Sosial şəbəkələrdə Milli Məclisin deputatı Elmira Axundova ilə sahibkar Fərman Məmmədov arasında olan telefon söhbətinin sensasiyalı audioyazısı yayılıb. Audioyazıda söhbət deputatın Fərman Məmmədovdan borc aldığı böyük məbləğdə puldan gedir. Və Elmira Axundova hər dəfə həmin məbləği tapana qədər “daha 2-3 ay gözləməyi” xahiş edir.
Bundan başqa, Elmira Axundova öz həmsöhbətini inandırır ki, borcu hissə-hissə, yəni 5 min-5 min qaytarıb xırdaçılıq etmək istəmir, çalışır ki, onu birdəfəyə bağlasın. Deputat söz verir ki, tezliklə onlar oğlu ilə birlikdə torpaq sahələrini satacaq və hansısa Mehmandan pul alacaqlar. Elmira Axundova günahkarcasına özünə bəraət qazandırır ki, onun işləri pis gedir və yeni müdafiə nazirinin təyinatından sonra (görünür, audioyazı köhnədir – red.) o, Müdafiə Nazirliyindən daha 60-100 min manatı ala bilmir. Əvvəl o bu pulu hansısa Cabir vasitəsilə alırmış…
Elmira Axundova yayılmış səs yazısı ilə bağlı REAL-a müsahibə verib. O, Fərman Məmmədovu cinayət törətməkdə günahlandırıb.
https://www.youtube.com/watch?v=svVbsKKWKTI
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Koronavirus epidemiyası zamanı ən faydalı məhsullar - FOTO
Ziya Məmmədovun Həccə gedəcəyi xəbəri ilə bağlı ailəsindən - Açıqlama
Bu gündən minimum əmək haqqı 250 manat olacaq
"Adamın kişiliyi, mərdliyi olar" - "Grand Hospital"da həkimlərin üsyanı...
Məhkəmə Akif Çovdarovla bağlı qərar verdi
