Demet Akalın: "Bunlar yataqda ərləri üçün nə geyinirlər?" - FOTO
Bu il 94-cü dəfə təşkil edilən “Oskar” mükafatlarının təqdimetmə mərasimi ilə bağlı müzakirələr davam edir. Gecəyə ulduz yağışı kimi yağan məşhurlar bahalı geyimləri və aksessuarları ilə xeyli marağa səbəb olub. Onların libas seçimləri bir çoxları tərəfindən bəyənildi və qlamur hesab edildi. Bəyənənlərlə yanaşı, həmin geyimləri tənqid edənlər də oldu. Onlardan biri də türkiyəli popçu Demet Akalındır.
BAKU.WS xəbər verir ki, gecəyə qatılanlar arasında məşhur müğəni Holzi də olub. O, transparan geyiminə görə xeyli müzakirə edilib. Demet Akalının da tənqidinə tuş gələn elə Holzidir. Onun bu geyimi qarşısında susa bilməyən ifaçı sosial şəbəkə hesabında onun geyimini tənqid edib:
Demet “Görəsən, bunlar yataqda ərləri üçün nə geyinirlər? Hər şey meydandadır” sözləri ilə dünyaca məşhur həmkarına sərt ismarış yollayıb.
Qeyd edək ki, Holzinin sevgilisi türkiyəli Alev Aydındır. Cütlüyün Ender adlı körpə övladı var.



Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nicat Rəhimov: "Obraz tələb edirsə, qadın geyimi də geyinərəm"
"Kızılcık Şerbeti"nin yeni mövsümünün yayım tarixi açıqlandı
Taleh Yüzbəyovun həyat yoldaşı xəstəxanaya yerləşdirildi
18 yaşlı aktrisa dünyasını dəyişdi
Qriqori Lepsin şirkətlərinin vergi borcu açıqlandı
Mikrofonun işləməməyi Mərdana mane olmadı
Murad Arif yayın hiti “Hoqqa”nı təqdim etdi